İDMAN


Kiberidman üzrə komandamız beynəlxalq turnirdə iştirak edəcək

Bakı, 7 iyun, Nicat Məmmədov, AZƏRTAC

Ölkəmiz Kiberfutbol Assosiasiyasının Rusiyada təşkil edəcəyi “DOTA2” üzrə beynəlxalq yarışda iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, beynəlxalq turnirdə 20-dən çox ölkə təmsil olunacaq. Azərbaycanı yarışda GMT komandası təmsil edəcək.

İyunun 20-də start götürəcək turnirin bu il iştirakçı ölkələrinin tam siyahısı yaxın günlərdə açıqlanacaq. Azərbaycanla yanaşı, Rusiya, Fransa, Belçika, Portuqaliya, İtaliya, İspaniya, İngiltərə və Ukrayna komandalarının yarışda iştirakı dəqiqləşib.

Yarışın ümumi mükafat fondu 11 min 850 ABŞ dolları təşkil edir.

Qeyd edək ki, bu ilin mart ayında fəaliyyətə başlayan GMT komandası yeni olmasına baxmayaraq, artıq müəyyən turnirlərdə layiqli mübarizə aparmaqla gücünü göstərməyi bacarıb. Hazırda Rusiyanın aşağı liqasında çıxış edən GLA komandası birinci mövsümdə ilk üçlükdə qərarlaşmaqla yüksək liqaya vəsiqə əldə edib. Komandamız Rusiya Kubokunda yarımfinala qədər irəliləməklə potensialının yüksək olduğunu sübuta yetirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.