ELM VƏ TƏHSİL


“Kiberməkanda uşaqların təhlükəsizliyi məsələləri” kitabı çapdan çıxıb

Bakı, 9 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutu “Kiberməkanda uşaqların təhlükəsizliyi məsələləri” kitabını çap edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, nəşrin elmi redaktoru və müəlliflər kollektivinin rəhbəri Milli Məclisin deputatı, Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafazadə, müəllifləri Bəxtiyar Əliyev, Cavid Əlizadə və Elburus Edilovdur.

Kitab uşaqları internet asılılığından, internetin mənfi tərəflərindən (bəzi internet oyunları uşaqların ölümünə səbəb olur) qorumaq və uşaqların sağlam gələcəyini təmin etmək istəyən valideynlər, mütəxəssislər, ümumiyyətlə, internet asılılığı problemləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.