ELM VƏ TƏHSİL


Kibertəhlükəsizlik problemləri mövzusunda müzakirələr aparılıb

Bakı, 29 oktyabr, AZƏRTAC

NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramının dəstəyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu və Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda onlayn beynəlxalq konfransın seksiya iclasları keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seksiya iclaslarında “Qeyri-səlis test metodundan istifadə etməklə proqramlaşdırıla bilən məntiq kontrollerlərinin həssaslığının tədqiqi”, “Açıq nəticəçıxarma şəbəkələri”, “Bulud əsaslı SCADA sistemlərində kibertəhlükəsizlik problemləri”, “Dənizçilik sektoru üçün kibermühit”, “Kvant erasında kibertəhlükəsizlik çağırışları və imkanları”, “Sənaye idarəetmə sistemlərində kiberfiziki infrastrukturlar üçün kompüter insidentlərinin tədqiqi”, “İyerarxik gizli Markov modelinə əsaslanan sənaye idarəetmə sistemində anomaliyaların aşkarlanması”, “Kiberhücumların təhdidləri və mümkün nəticələri” və digər mövzularda məruzələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.