ELM VƏ TƏHSİL
“Kibertəhlükəsizlik” təlim layihəsində iştirak üçün müsabiqə elan olunur
Bakı, 21 oktyabr, AZƏRTAC
Təhsil İnstitutu beynəlxalq ekspertlərin, o cümlədən Böyük Britaniyanın aparıcı universitetlərində tədqiqatla məşğul olan kibertəhlükəsizlik üzrə qabaqcıl təlim mütəxəssislərinin iştirakı ilə “Kibertəhlükəsizlik” təlim layihəsinin növbəti mərhələsinə start verir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi Azərbaycanın müxtəlif ali məktəblərində təhsil alan tələbələrə kibertəhlükəsizlik, kibercinayətkarlıqla mübarizə, müasir taktika, texnika və prosedurlar haqqında nəzəri bilik və praktik bacarıqların verilməsindən ibarətdir.
Müsabiqədə ingilis dili bilikləri olan, informasiya texnologiyaları ilə əlaqəli ixtisaslar üzrə təhsil alan ikinci və daha yuxarı kurs tələbələri iştirak edə bilər. Tələblərə uyğun gələn şəxslərdən institutun saytında yerləşdirilmiş link vasitəsilə oktyabrın 26-dək qeydiyyatdan keçmələri xahiş olunur.