CƏMİYYƏT


Kiçik Qızılağac körfəzinə balıq körpələri buraxılıb

Bakı, 15 mart, AZƏRTAC

Biomüxtəlifliyin mühafizəsinə, su hövzələrinin zənginləşdirilməsinə və balıq populyasiyasının artırılmasına töhfə vermək məqsədilə növbəti balıq buraxılışı Qızılağac Milli Parkı ərazisində keçirilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev AZƏRTAC-a bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin, Fövqəladə Hallar Nazirliyinin və Su Nəqliyyatında Polis İdarəsinin regional bölmələrinin, Lənkəran, Masallı və Neftçala Rayon İcra hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə milli parkın ərazisində yerləşən Kiçik Qızılağac körfəzinə 60 000 ədəd çəkikimi balıq körpəsi buraxılıb.

Xidmət rəisi balıq yetişdirən müəssisələri balıq körpələrinin su hövzələrinə buraxılması aksiyalarında yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə verməyə, vətəndaşları isə balıq ehtiyatlarının artımının qarşısını alan hərəkətlər etməməyə çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.