ELM VƏ TƏHSİL


“Kiçik addımlardan böyük nailiyyətlərə” layihəsi çərçivəsində təlimlər

Bakı, 7 noyabr, AZƏRTAC

Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi olan “Kiçik addımlardan böyük nailiyyətlərə” layihəsinin icra planına uyğun olaraq beş gün müddətində təlimlər keçirilib. Gəncə şəhəri 26 nömrəli orta məktəb-lisey kompleksində reallaşan təlimlərə 30 şagird cəlb olunub.

Məktəb-lisey kompleksindən AZƏRTAC-a bildiriblər ki, təlimin birinci günündə layihə rəhbəri Nəzirə Qəmbərova tərəfindən III qrant müsabiqəsi və layihə barədə ətraflı məlumat verilib. Məktəblilərə 4 istiqamət - rejissorluq, ssenarinin yazılması, qrimçilik və aktyorluq üzrə peşəkar təlimçilər vasitəsilə təlimlər keçirilib.

Rejissorluq təlimində kameralarla işləmə qaydaları nümayiş olunub, şagirdlərə videoçəkilişin sirləri barədə təcrübə xarakteri daşıyan müxtəlif çəkilişlər göstərilib, səhnələşdirmə ilə bağlı məlumatlar verilib. Aktyorluq təlimində yazılan ssenariyə əsasən, aktyorların rolları necə canlandırmaları barədə danışılıb. Bəzi şagirdlər kiçik səhnəciklər göstərərək bacarıqlarını nümayiş etdirməyə çalışıblar.

Ssenarist təlimində ssenarinin yazılması yolları və məktəblilərin yazmaq istədiyi hekayələr yönündə məsləhətlər verilib. Qrimçi təlimində mütəxəssis qrimlənmə ilə bağlı vacib məqamlardan bəhs edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.