DÜNYA
Kiçik qızın xəyal dünyasından yaranan “Tərs ev” VİDEO
İstanbul, 11 fevral, AZƏRTAC
Uşaqlarla bərabər böyüklərin də istirahət üçün üstünlük verdikləri məkanlardan biri də son zamanların əyləncə dəbi olan “tərs ev”lərdir. Dünyanın bir çox bölgəsində belə evlərə rast gəlmək mümkündür. Onlardan bir neçəsi də İstanbuldadır.
AZƏRTAC-ın xüsusi müxbiri İstanbuldakı tərs evlərdən birində qonaq olub. Altı yaşlı bir qızın xəyalının həyata keçirmək məqsədilə atası tərəfindən hazırlanmış dünyanın qapalı məkandakı ən böyük “Tərs ev”i... Burada giriş qapısından başlayaraq hər bir şey tərsdir.
Bu barədə məlumat verən evin qurucusu Serkan Güner dizayn işlərinin tamamilə qızının istəyinə görə hazırlandığını və ziyarətçilər tərəfindən böyük marağa səbəb olduğunu bildirib. O, buranın ərsəyə gəlməsinin adi evdən daha baha başa gəldiyini də qeyd edib. Müsahibimiz bura gələn insanları düşündürən ilk məqamın evdə hər bir əşyanın olmasına baxmayaraq əllərindəki çanta, telefon kimi şəxsi əşyalarını qoymağa yer tapa bilmədiklərini deyir. S.Güner tərs evin İstanbula gələn turistlər tərəfindən də böyük maraqla qarşılandığını söyləyib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]