İQTİSADİYYAT


Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi arasında memorandum imzalanıb

Bakı, 28 sentyabr, AZƏRTAC

Sentyabrın 28-də İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənədi KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov və RAGB-in sədr müavini Emin Hacıyev imzalayıblar.

Sahibkarlığın inkişafı istiqamətində təşəbbüslərin reallaşdırılmasını nəzərdə tutan memoranduma əsasən, KOBİA və RAGB gənclərin sahibkarlıq fəaliyyətinin təşviqi, bu məqsədlə onların arasında Azərbaycan və Rusiyanın biznes mühitinə dair məlumatlandırma işlərinin aparılması, azərbaycanlı gənc mütəxəssislərin və tələbələrin təcrübə proqramlarının hazırlanması, qabaqcıl təcrübə mübadiləsi istiqamətlərində əməkdaşlıq edəcək.

Tədbirdə O.Məmmədov agentliyin gənclər arasında sahibkarlığın inkişafı və təşviqi sahəsində dövlət qurumları ilə yanaşı, ictimai təşkilatlarla da sıx əməkdaşlıq etdiyini vurğulayıb. Qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi RAGB Azərbaycan ilə Rusiya arasında əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfələr verir. Bu baxımdan, imzalanmış memorandum gənclərin hər iki ölkədə reallaşdırılan iqtisadi layihələrin fəal iştirakçısına çevrilməsində əhəmiyyətli rol oynayacaq.

RAGB-in reallaşdırdığı layihələr barədə ətraflı məlumat verən E.Hacıyev diqqətə çatdırıb ki, 2009-cu ildə Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış təşkilat hazırda Rusiyanın 50-dən çox federal subyektində fəaliyyət göstərir və ətrafında minlərlə azərbaycanlı gənci birləşdirir.

Emin Hacıyev imzalanmış memorandumun gənclər arasında sahibkarlığın təşviq olunmasında əhəmiyyətini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.