İQTİSADİYYAT


Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sahibkarlara dəstək proqramı hazırlayıb

Bakı, 5 dekabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətlərinin təşkilatçılığı ilə keçirilən sərgilərə dəstək verəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov jurnalistlərə müsahibəsində deyib.

O, həmçinin bildirib ki, agentlik tərəfindən sahibkarlara dəstək proqramı hazırlanıb. Proqram Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə sahibkarlara təqdim edilib. Sahibkarlar onlayn platformada müvafiq dövlət orqanları ilə bağlı şikayət, müraciət və təkliflərini agentlik vasitəsilə operativ çatdıra biləcəklər. Agentlik də öz tərəfindən bu məlumatları müvafiq dövlət orqanlarına çatdıra biləcək.

O.Məmmədov xatırladıb ki, Vergilər Məcəlləsində bu günlərdə edilən dəyişikliklərlə startapçılara müəyyən güzəştlər edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.