İQTİSADİYYAT


Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və FAO arasında əməkdaşlıq imkanları müzakirə edilib

Bakı, 25 iyun, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) ölkəmizdə səfərdə olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional direktor müavini Nabil Ganci ilə görüş keçirilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə qurumun idarə heyəti sədrinin müavini Mehman Abbas ölkəmizdə KOB-ların inkişafı məqsədilə dövlət tərəfindən həyata keçirilən dəstək mexanizmləri, bu sahədə əlverişli mühitin formalaşdırılması və institusional islahatlar, o cümlədən Agentliyin fəaliyyəti haqqında ətraflı məlumat verib, əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.

N.Ganci Azərbaycan Prezidentinin ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi siyasət nəticəsində dövlət və biznes arasında yaradılmış qarşılıqlı etimad mühitini yüksək qiymətləndirib. FAO tərəfindən Azərbaycanda həyata keçirilən layihə və proqramlarda KOB-ların dəstəklənməsi üzrə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını və bu məqsədlə potensial imkanları diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.