İQTİSADİYYAT


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Könüllü Şurası yaradılıb

Bakı, 5 dekabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında Kiçik və Orta Biznesin Könüllü Şurası yaradılıb və Şuranın ilk iclası keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 5-də Beynəlxalq Könüllülər Günü münasibətilə KOBİA-da tədbir təşkil olunub. Agentlik əməkdaşlarının və könüllü gənclərin iştirakı ilə keçirilən tədbirdə qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov könüllük fəaliyyətinin gənclərin işgüzar inkişafında mühüm rol oynadığını vurğulayıb, bu sahədə agentlik tərəfindən görülən işləri diqqətə çatdırıb. Bildirilib ki, agentlikdə "KOB Könüllüləri" Proqramına uyğun olaraq, həyata keçirilən tədbirlərin əhatə dairəsi daha da genişləndiriləcək. Könüllü Şurasının bu işin öhdəsindən layiqincə gələcəyini qeyd edən agentlik rəhbəri gənclərin dünyagörüşünün genişləndirilməsində, bilik və bacarıqlarının artırılmasında, məşğulluğadək olan proseslərdə könüllülük fəaliyyətinin rolunu diqqətə çatdırıb. Könüllülərin təcrübə toplaması, könüllülük fəaliyyətinin təşkili və təşviqi, gənc mütəxəssislərin və tələbələrin sahibkarlığa könüllü olaraq cəlb edilməsi ("Young Internship Programmes"), eləcə də ali təhsil müəssisələri, qeyri-hökumət təşkilatları və biznes müəssisələri ilə əməkdaşlıq "KOB Könüllüləri" Proqramının əsas istiqamətləridir. İşgüzar inkişafa nail olmaq istəyən gənclər agentliyin könüllüləri sırasına qoşula bilərlər.

Qeyd edək ki, agentliyin Könüllü Şurasını formalaşdıran ilk qrupdan ibarət könüllülər Azərbaycan Dövlət İqtisad, Bakı Mühəndislik universitetlərinin, Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbə və magistrlarından ibarətdir.

Sonda könüllü gənclərə xüsusi könüllü geyimləri, vəsiqələr və müxtəlif hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.