İDMAN


Kiçik yaşlı gimnast: Arzum dünya çempionu olmaqdır

Bakı, 6 dekabr, AZƏRTAC

Klubumuzun üzvlərinin həmişə yüksək nəticələr göstərmələri ilə fəxr edirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyində mübarizə aparan “Ocaq Sport” klubunun kiçik yaşlı gimnastı Səkinəxanım İsmayılzadə deyib.

O, hazırda davam edən çempionatda qalib olmaq üçün var qüvvəsi ilə çalışdığını deyib: “Əvvəlki yarışlarda 5-6-cı yerləri tutsam da, bu dəfə daha yaxşı nəticə göstərib birinci olmaq istəyirəm. Halqa ilə hərəkətlərdə halqanı bir dəfə əlimdən buraxsam da, iplə çıxışımı səhvsiz başa vurmuşam. Buna görə bu çempionatda uğur qazanacağıma inanıram. Bakı çempionatında dördüncü yerə layiq görülmüşəm. Ən böyük arzum dünya çempionu olmaqdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.