ELM VƏ TƏHSİL


Kiçik yaşlı məktəblidən böyük uğur

Bakı, 10 oktyabr, AZƏRTAC

Paytaxt məktəblisi idmanın kikboksinq növü üzrə Bakıda keçirilən beynəlxalq festivalda I yerə layiq görülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu qurumun tabeliyindəki 81 nömrəli tam orta məktəbin I sinif şagirdi Cavid Muradov 20 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, qızıl medal və sertifikatla mükafatlandırılıb.

Qeyd edək ki, bu, məktəblinin ilk uğuru deyil. Ümumilikdə səkkiz yarışda iştirak edən istedadlı idmançı hər dəfə I yeri tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.