MƏDƏNİYYƏT


Kiçik yaşlı oxucular üçün “Nağıl saatı” təşkil edilib

Bakı, 10 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzi Kitabxana Sisteminin Mərkəzi Kitabxanası kiçik yaşlı oxucular üçün virtual şəkildə “Nağıl saatı” təşkil edib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Nağıl saatı”nda uşaqlar "Mərcan” adlı nağılı böyük maraqla dinləyiblər. Daha sonra uşaqlar nağıl qəhrəmanı barədə fikirlərini bildiriblər.

Qeyd edək ki, nağıllar uşaqlarda yaxşı ilə pisi ayırmaq, hadisələri qiymətləndirmək bacarığı formalaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.