İDMAN


Kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyi start götürüb

Bakı, 25 aprel, AZƏRTAC

"Sərhədçi" Olimpiya İdman Mərkəzində U-15 kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyi keçirilir.

AZƏRTAC xəbər verir ki, yarışda respublikamızın müxtəlif bölgələrindən 464 cüdoçu mübarizə aparır. Birinciliyin ilk günü oğlanlar və qızlar arasında 3 çəki dərəcəsində qaliblər məlum olub. Qaliblərə və mükafatçılara medallar, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim edilib.

Respublika birinciliyinə aprelin 26-da yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.