CƏMİYYƏT


Kiçikhəcmli gəmilərin sürücüləri üçün maarifləndirmə tədbiri keçirilib

Bakı, 3 avqust, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti avqustun 3-də maarifləndirmə tədbiri keçirib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, Binəqədi rayonunun Novxanı qəsəbəsində “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən tədbirdə kiçikhəcmli gəmi istifadəçiləri iştirak ediblər.

Tədbirdə istifadəçilərə bu tip gəmilərin təchizat avadanlığı, onların qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınması və texniki baxışdan keçirilməsi, gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınması və bort nömrəsinin yazılması haqqında ətraflı məlumat verilib. Kiçikhəcmli gəmilərin sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən istifadə qaydaları ilə bağlı da maarifləndiriliblər.

Sonda tədbir iştirakçılarına kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı qaydalarını və kiçikhəcmli gəmilərin təchizatı üçün minimum tələbləri əks etdirən broşürlər paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.