CƏMİYYƏT


Kiçikhəcmli gəmilərin sürücülərinə təhlükəsizlik qaydaları izah edilib

Bakı, 25 aprel, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Şimal Regional Mərkəzinin əməkdaşları ilə birgə aprelin 25-də Xızı rayonunun Giləzi qəsəbəsində kiçikhəcmli gəmi istifadəçiləri üçün maarifləndirmə tədbiri keçirib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən tədbirdə kiçikhəcmli gəmi istifadəçilərinə bu tip gəmilərin təchizat avadanlıqlarının minimum normalarının tələbləri və təhlükəsiz istismar qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin həmin gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınması, texniki baxışdan keçirilməsi və gəmi sürmək hüququ üçün sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri fərdi xilasedici vasitələr və həmin vasitələrdən istifadə qaydaları haqqında da maarifləndiriliblər.

Sonda tədbir iştirakçılarına maarifləndirmə xarakterli broşürlər paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.