SİYASƏT
Kifayət qədər seçici öz səsvermə hüququndan istifadə etmişdir VİDEO
Bakı, 9 oktyabr (AZƏRTAC). Müşahidə apardığımız hər seçki məntəqəsində kifayət qədər seçici öz səsvermə hüququndan istifadə etmişdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Avropa Parlamentindən olan Sloveniyalı müşahidəçi Vaygl İvo demişdir.
Bildirilmişdir ki, müşahidələr zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir. O əlavə etmişdir ki, Azərbaycanda prezident seçkilərinin tam şəffaf və demokratik keçirilməsi üçün məntəqələrdə bütün lazımi şərait yaradılmışdır.