İDMAN


Kikboksçularımız Avropa birinciliyində iştirak edəcəklər

Bakı, 21 avqust, AZƏRTAC

Avqustun 23-dən sentyabrın 1-dək Macarıstanın paytaxtı Budapeştdə kikboksinqin WAKO versiyası üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında Avropa birinciliyi keçiriləcək.

Azərbaycan Kikboksinq Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Azərbaycan yığması yarışda 30 idmançı ilə təmsil olunacaq. Qitə birinciliyində tanınmış idmançılarımızdan sonuncu dünya çempionu Amin Quliyev, dünya və Avropa çempionu Məhəmməd İmanov, dünya çempionatının mükafatçısı Vüsal Kazımov, Elşad Şahbazov, Emil Hümbətov və başqaları qüvvələrini sınayacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.