İDMAN
Kikboksçularımız Kiyevdə beynəlxalq turnirdə 7 medal qazanıblar
Bakı, 17 dekabr, AZƏRTAC
Kikboksçularımız Kiyevdə təşkil olunan WAKO (Dünya Kikboksinq Assosiasiyası Təşkilatı) versiyası üzrə “Wizard - Open Rıng 2019” beynəlxalq turnirdə uğurla çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, yeniyetmələr və böyüklər arasında keçirilən yarışda Azərbaycan Kikboksinq Federasiyasının (AKF) “Sərhədçi” komandası 7 medal qazanıb.
Əməkdar məşqçi, dünya çempionu Fuad Zeynalovun rəhbərliyi altında Elməddin Baxşəliyev (67 kq), Elşad Şahbazov (71 kq), Elcan Alıkişiyev (81kq) qızıl, Vüsal Kazımov (54 kq), Zöhrab Əsədov (28 kq) gümüş, Məqsəd Hacıyev (60 kq) və Nihad Hüseynov (45 kq) isə bürünc medala sahib olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]
“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq
- 28.03.2024 [12:43]