REGİONLAR


Kikboksçuların muxtar respublika birinciliyində 120 idmançı iştirak edib

Naxçıvan, 23 noyabr, AZƏRTAC

Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən uşaq və yeniyetmə kikboksçuların muxtar respublika birinciliyi başa çatıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yarışda 6 komanda olmaqla, ümumilikdə, 120 idmançı iştirak edib. Görüşlər 3 yaş kateqoriyasında 22 çəki dərəcəsi üzrə keçirilib.

Muxtar respublikanın Gənclər və İdman Nazirliyi və Kikboksinq Federasiyası tərəfindən birgə təşkil olunan birincilik regionda kikboksinq idman növünün inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi, həmçinin bölmə və klubların işinin təkmilləşdirilməsi məqsədi daşıyıb.

Olimpiya sisteminə əsasən qaliblərin müəyyən olunduğu yarışda 7-8 yaş qrupu üzrə Asim Kərimli (20 kiloqram, “Turan” döyüş klubu), Məhəmməd Qasımov (22 kiloqram, “Turan” döyüş klubu), Uğur Məmmədli (24 kiloqram, “Naxçıvan-1”), Sabir Novruzov (26 kiloqram, “Turan” döyüş klubu), Mirqafar Seyidli (28 kiloqram, “Turan” döyüş klubu), İlkin Nağılı (30 kiloqram, “Naxçıvan-2”) və Rəsul Əsgərov (32 kiloqram, “Turan” döyüş klubu) qalib olublar.

9-10 yaş qrupunda Nağı Süleymanlı (24 kiloqram, “Kəngərli”), Yusif Məmmədov (26 kiloqram, “Şerur”), Elnar Əkbərli (28 kiloqram, “Turan” döyüş klubu), Uğur Məmmədli (30 kiloqram, “Şərur”), Yaqub Hacıyev (32 kiloqram, “Turan” döyüş klubu), Ayhan Xəlilov (36 kiloqram, “Naxçıvan-2”), Əbülfəz Cəfərov (39 kiloqram, “Turan” döyüş klubu) və Mahmud Mahmudlu (39+ kiloqram, “Turan” döyüş klubu) yarışı ilk sırada tamamlayıblar.

11-12 yaş qrupunda isə Nurəddin Əliyev (30 kiloqram, “Turan” Döyüş Klubu), Əli Nəsrullayev (32 kiloqram, “Kəngərli”), Elşad Cəlilov (35 kiloqram, “Odlar yurdu”), Səid Abbaslı (38 kiloqram, “Turan” döyüş klubu), Oğuz Məmmədli (42 kiloqram, “Turan” döyüş klubu), Uğur Əsgərov (47 kiloqram, “Naxçıvan-1”) və İsmayıl Hüseynzadə (52 kiloqram, “Turan” döyüş klubu) rəqiblərini məğlub edərək fəxri kürsünün ilk pilləsinə qalxıblar.

Komanda hesabında “Turan” döyüş klubu 1-ci olub. “Şərur” və “Kəngərli” komandaları müvafiq ardıcıllıqla 2-ci, 3-cü sıralarda qərarlaşıblar. İlk üçlükdəki idmançılara diplom və medallar təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.