İDMAN


Kikboksinq üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Bakı, 23 may, AZƏRTAC

Kikboksinq üzrə XXVI Azərbaycan çempionatının qalibləri bəlli olub.

Azərbaycan Kikboksinq Federasiyasından AZƏRTAC-a bildiriblər ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən yarışda kişilər və qadınlar arasında kikboksinqin lou kik və full kontakt versiyaları üzrə 29 final qarşılaşması baş tutub.

Yekun nəticəyə görə, komanda hesabında 8 qızıl medal qazanan Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin idmançıları birinci yeri tutublar. Komandanın baş məşqçisi Hikmət Hacıyevə kubok verilib. Rəhim Allahverdiyevin baş məşqçisi olduğu “Qızıl əlcək” klubu ikinci, Eduard Məmmədovun baş məşqçisi olduğu ZV Döyüş Akademiyası isə üçüncü yerdə qərarlaşıblar.

Beləliklə, Azərbaycan çempionatının qalibləri avqustun 9-18-də Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil etmək hüququ əldə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.