REGİONLAR


Kikboksinq üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub

Naxçıvan, 13 avqust, AZƏRTAC

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində yeniyetmə və gənclər arasında kikboksinq üzrə Naxçıvan şəhər açıq birinciliyinin qalibləri müəyyənləşib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən açıq birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı, Şərur, Babək, Culfa, Kəngərli rayonlarının, həmçinin “Turan” və “Odlar yurdu” idman klublarının idmançıları da iştirak ediblər.

Üç yaş qrupunda 22 çəki dərəcəsi üzrə 100-dən çox idmançının mübarizə apardığı yarışın yekununa əsasən 7-8 yaş qrupunda qızlar arasında Röya Abdullayeva, oğlanlar arasında isə Asim Kərimli, Eldar Novruzov, Cəsur Mahmudov, Uğur Məmmədli, Turqay Cəfərov, Qəhrəman Abdullayev və Əbülfəz Cəfərov öz çəki dərəcələrində qalib adını qazanıblar.

9-11 yaş qrupunda Əli Qasımov, Səid Nəsirov, Oğuz Məmmədli, Səid Abbaslı, Məhəmməd Məmmədli, Uğur Əliyev, Raməddin Abdullayev və Əbülfəz Zeynallı hamıdan güclü olublar.

12-13 yaş qrupunda isə Sinan Kazımov, Sadiq Hacıyev, Hüseyn Həsənov, Mirinam Seyidov, Ramal Qurbanov və Zeynalabdın Musayev bütün rəqiblərini üstələməyi bacarıblar.

Sonda hər çəki dərəcəsində ilk üç yeri tutan idmançılara təşkilatçılar tərəfindən diplom və medallar təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.