İDMAN


Kikboksinq üzrə gənclər və yeniyetmələr arasında Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib

Bakı, 4 iyul, AZƏRTAC

Kikboksinq üzrə gənclər, yeniyetmə oğlan və qızlar arasında XXVI Azərbaycan birinciliyi keçirilib.

Azərbaycan Kikboksinq Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən oğlanların yarışı rinqdə, qızların turniri isə tatamidə baş tutub.

Yekun nəticələrə görə, ən çox medal qazanan DİN İdman Cəmiyyətinin komandası (9 qızıl, 2 gümüş, 12 bürünc) ümumi hesabda birinci yeri tutub. Kubok həmin cəmiyyətin, eləcə də yeniyetmə və gənclərdən ibarət millinin baş məşqçisi Hikmət Hacıyevə təqdim edilib.

Dünya və Avropa çempionu Eduard Məmmədovun baş məşqçisi olduğu ZV Döyüş Akademiyası (9 qızıl, 3 gümüş, 1 bürünc) ikinci, baş məşqçisi Xəyyam Abışov olan meydan sahibi “Abşeron” (2 qızıl, 5 gümüş, 2 bürünc) yığması isə üçüncü yeri tutub.

Qeyd edək ki, bu yarışda fərqlənənlər sentyabrın 30–dan oktyabrın 9-dək İtaliyada uşaq, yeniyetmə və gənclər arasında keçiriləcək dünya çempionatında iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.