REGİONLAR


Kikboksinq üzrə muxtar respublika turniri başa çatıb

Naxçıvan, 13 sentyabr, AZƏRTAC

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsinə həsr olunan kikboksinq üzrə yeniyetmə və gənclər arasında Naxçıvan Muxtar Respublika turnirinə yekun vurulub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, turnirin açılış mərasimində Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov, Kikboksinq Federasiyasının sədri Xəyal Abdullayev çıxış edərək muxtar respublikada idmana və idmançılara göstərilən diqqət və qayğıdan danışıb, yarış iştirakçılarına uğurlar arzulayıblar.

Reqlamentə əsasən idmançılar 13-15 yaş qruplarında 36, 42, 47, 52, 57, 60 və +60 kiloqram, 15-17 yaş qrupunda isə 54, 63 və +71 kiloqram çəki dərəcələrində rinqə çıxıblar. Həmçinin qız idmançılar 54 kiloqram çəki dərəcəsində ən güclünü müəyyənləşdirməyə çalışıblar.

Sonda hər çəki dərəcəsində ilk 3 yeri tutan idmançılar diplom və medalla mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.