İDMAN


Kilian Mbappe: Neymarsız oynamaq çətindir, bunu qəbul etməliyik

Bakı, 4 fevral, AZƏRTAC

“Paris Sen-Jermen”in hücumçusu Kilian Mbappe Fransa çempionatının 23-ci turunda “Lion” komandası ilə qarşılaşmada məğlubiyyətə (1:2) münasibət bildirib.

AZƏRTAC “Sportexpress.ru”ya istinadla xəbər verir ki, K.Mbappe zədəyə görə on həftə forma geyinə bilməyəcək Neymarsız oynamağın çətin olduğunu vurğulayıb: “Bu məğlubiyyətə layiq olub-olmadığımızı bilmirəm. Rəqib komanda imkanlardan istifadə etdi. Bizim də şanslarımız var idi. Bu cür matçlarda iştirak etmək xoşdur. Əsas məqsəd yenilməz olaraq qalmaq idi. İndi isə mövsümün sonuna qədər uduzmamağa çalışırıq. Neymarsız oynamaq çətindir, bunu qəbul etməliyik”.

Bu, cari mövsümdə parislilərin çempionatda ilk məğlubiyyəti olub. Paytaxt klubu 18 görüşdə qələbə qazanıb, 2 oyunu heç-heçə ilə başa vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.