REGİONLAR


Kilim, sumax, palaz, vərni... Azərbaycan xalçaçılıq sənəti AZƏRTAC-ın fotoobyektivində

İsmayıllı, 10 sentyabr, AZƏRTAC

İsmayıllı şəhərində Ruhiyyə Süleymanovanın təsisçisi olduğu “Xoşbəxt-X” xalçaçılıq müəssisəsi qədim el sənəti olan xalçaçılığı yaşadan məkanlardan biridir. Nəsillikcə xalçaçı olmaları, 4 yaşından bu sənətin “sirlərinə” yiyələnməsi, Ə.Əzimzadə adına Rəssamlıq Akademiyasını, habelə İncəsənət İnstitutunun qrafika-rəssamlıq fakültəsini bitirməsi Ruhiyyə Süleymanovanı bu qədim el sənətinə qəlbən bağlayıb. 1995-ci ildən fəaliyyət göstərən müəssisədə kilim, sumax, palaz, vərni və digər xalça növləri toxunur. Xalçanın Şirvan, Quba, Qazax qrupları ilə yanaşı, Türkiyə və İran çeşniləri də hazırlanır.

Müəssisədə hazırlanan xalçalar ipək və təbii boya ilə işlənir. Dünyada nadir əl işlərindən olan “Ümid” xalçası da burada toxunub. Onun ölçüsü 17 kvadratmetrdir. Bu xalçaların 200 il ömrü var.

Qeyd edək ki, Azərbaycan xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun Ümundünya Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib.

AZƏRTAC-ın fotoqrafı Roman İsmayılovun “Xoşbəxt-X” xalçaçılıq müəssisəsindən çəkdiyi fotoları təqdim edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.