İDMAN


Kilyan Mbappe qolların sayına görə Zinəddin Zidana, Ronaldoya və Miroslav Klozeya çatıb

Bakı, 13 fevral, AZƏRTAC

Fransanın “Paris Sen-Jermen” klubunun 20 yaşlı futbolçusu Kilyan Mbappe UEFA Çempionlar Liqasında vurduğu qollara görə Zinəddin Zidana, Nazario Ronaldoya və Miroslav Klozeya çatıb.

AZƏRTAC xəbər verir ki, “Paris Sen-Jermen” klubu səfərdə “Mançester Yunayted” komandasını məğlub etdiyi görüşdə Mbappe (0:2) bir qolla yadda qalıb. Bu qol sayəsində Kilyan Mbappe UEFA Çempionlar Liqasında 24-cü oyununda 14-cü qoluna imza atıb.

Qeyd edək ki, Kilyan Mbappe 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında Fransa millisinin heyətində dünya çempionu adı qazanıb. O, 2017-ci ildə “Monako” komandasından “Paris Sen-Jermen” klubuna 180 milyon avro müqabilində transfer edilib. Kilyan “Paris Sen-Jermen” klubunun heyətində 43 oyunda meydana çıxıb və 31 qolla yadda qalıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.