DÜNYA


Kim Çen In hərbi hissəyə “Lada Priora” avtomobili ilə gəlib

Bakı, 2 iyul, AZƏRTAC

KXDR lideri Kim Çen In Koreya Xalq Ordusunun hərbi hissələrinin təftişini həyata keçirmək və onların işlərinə yerində rəhbərlik etmək üçün yenidən müəssisələrə getməyə başlayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, iyunun 30-da Kim Çen In hərbi hissələrin birindəki yoxlamaya Rusiya istehsalı olan “Lada Priora” avtomobili ilə gəlib. Bu, Cənubi Koreya və digər ölkə KİV-lərinin diqqətini dərhal cəlb edib. Mediada dərc olunan şəkillərdə Şimali Koreya liderinin avtomobilin arxa oturacağında əyləşdiyi görünür.

Qeyd edək ki, “Lada Priora” avtomobili 2009-2012-ci illərdə Rusiyada ən kütləvi satılan avtomobil olub. 2017-ci ilin aprel ayınadək “AvtoBAZ” tərəfindən istehsal edilən bu marka avtomobillərin sayı 1 milyon ədədə çatıb. Cari ilin mayında isə “Lada Priora”nın istehsalı dayandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.