DÜNYA


Kim Çen Inın Seul səfəri KXDR-in nüvə sılahsızlaşdırılması prosesini sürətləndirə bilər

Bakı, 4 dekabr, AZƏRTAC

Şimali Koreya lideri Kim Çen Inın Cənubi Koreyaya nəzərdə tutulan səfəri Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə silahsızlaşdırılması prosesini sürətləndirə bilər.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, bu fikri Auklandda Yeni Zelandiya Baş naziri Casinda Ardern ilə birgə mətbuat konfransında Cənubi Koreya Prezidenti Mun Ce-in bəyan edib. O, KXDR liderinin Seula gözlənilən səfərinin Şimali Koreya və ABŞ liderlərinin növbəti görüşünün keçirilməsinə də müsbət təsir göstərəcəyinə inandığını deyib.

Mun Ce İn deyib: “Sədr Kim Çen Inın bu il Seula səfər etməsi mümkündür. Amma səfərin nə vaxt həyata keçməsindən də vacib olan odur ki, həmin səfər Şimali Koreyanın nüvə proqramının ləğvini daha çox təşviq edə və bu prosesdə daha böyük tərəqqiyə apara bilər”.

İndiyədək Şimali Koreyanın heç bir liderinin Cənubi Koreyaya səfər etmədiyini yada salan Prezident bu baxımdan Kim Çen Inın Seulə gəlməsinin tarixi bir səfər olacağını vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.