DÜNYA
Kim Çen Inın Seula səfərinin vaxtı dəqiqləşib
Bakı, 7 dekabr, AZƏRTAC
Koreya Respublikasının Prezidenti Mun Ce-in KXDR lideri Kim Çen Inı dekabrın 12-14-də Seula səfərə dəvət edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə “Chosun ilbo” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, Mun Ce-in artıq Kim Çen Ina rəsmi dəvət göndərib. Bununla əlaqədar Cənubi Koreya Prezidenti administrasiyasının Şimali Koreya istiqamətində fəaliyyətinin aktivləşməsi müşahidə olunur.
Xatırladaq ki, 2018-ci ildə KXDR və Koreya Respublikası liderlərinin üç sammiti keçirilib. Pxenyanda baş tutan son zirvə görüşü zamanı Kim Çen In “yaxın vaxtlarda” Seula səfər edəcəyinə vəd vermişdi. Bir qədər sonra isə Cənubi Koreya Prezidenti bildirmişdi ki, səfər 2018-ci ilin sonunadək baş tuta bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]