DÜNYA


Kim Çen Inla Donald Trampın görüşü ilə bağlı planlar dəyişib

Bakı, 21 fevral, AZƏRTAC

ABŞ və KXDR liderləri Donald Tramp və Kim Çen In arasında fevralın 27-28-də Hanoy şəhərində keçiriləcək sammit iki gün deyil, bir gün ola bilər.

AZƏRTAC Cənubi Koreyanın YTN telekanalına istinadla xəbər verir ki, bu barədə Vyetnam və ABŞ-ın siyasi dairələrindəki bir neçə mənbə bildirib. Onların məlumatına görə, əvvəlcə liderlərin fevralın 27-28-də müzakirə aparacaqları planlaşdırılırdı. Lakin planlar dəyişib və çox güman ki, indi Kim Çen In və Donald Tramp yalnız birgünlük görüşlə kifayətlənəcək.

Bu versiyanı ABŞ nümayəndə heyətinin Hanoya səfər planı da təsdiq edir. Sənədə əsasən, Donald Tramp fevralın 27-də Vyetnam rəhbərliyi ilə görüş keçirəcək, Kim Çen Inla danışıqlar isə növbəti gün baş tutacaq.

Ekspertlərin plan dəyişikliyinin səbəbləri barədə fikirləri haçalanıb. Bəziləri düşünür ki, bu, ABŞ və KXDR-in nüvəsizləşdirmə ilə bağlı razılığa nail olmadığı mənasına gəlir. Digər mütəxəssislər isə, əksinə, hesab edirlər ki, ilkin məsləhətləşmələr zamanı bütün məsələlərdə razılıq əldə olunub və bu səbəbdən dövlət başçıları yalnız saziş imzalamaq üçün bir araya gələcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.