DÜNYA


Kim Çen In daşqınlarla mübarizədə xarici yardıma ümid etməməyə çağırıb

Bakı, 14 avqust, AZƏRTAC

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ölkədə leysan yağışlarının səbəb olduğu daşqınların nəticələrini daxili imkanlarla aradan qaldırmağın vacibliyini bildirib və koronavirus pandemiyası fonunda xarici dəstəkdən imtina edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

“Dünyada təhlükəli koronavirusun yayılması ilə bağlı vəziyyət ağırlaşır. Bu səbəbdən daşqınlarla mübarizədə xarici yardımdan imtina etmək, sərhədləri tam bağlamaq və epidemiya əleyhinə işləri məsuliyyətlə aparmaq lazımdır”, - deyə Kim Çen In Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunda çıxışı zamanı bildirib.

Bununla yanaşı, Koreya Respublikası Birləşmə Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Ço He Sil jurnalistlər üçün təşkil olunan brifinqdə KXDR liderinin xarici yardımdan imtina etmək barədə şifahi göstərişinə baxmayaraq, ölkəsinin əvvəlki mövqedə qaldığını və siyasətə aid olmayan sahələr, o cümlədən humanitar məsələlər üzrə Pxenyan ilə əməkdaşlığa hazır olduqlarını deyib.

Qeyd edək ki, avqustun əvvəlindən Koreya yarımadasını cənginə alan leysan yağışlar Şimali Koreyada 39 min hektar əkin sahəsini su altında qoyub və 16 min evi yararsız vəziyyətə salıb. Təbii fəlakət ən çox ölkənin Kanvondo, Hvanhe-Namdo və Hvanhe-Pukto əyalətlərinə zərər vurub. Güclü yağışlar Hvanhe-Pukto əyalətində su bəndinin dağılmasına səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.