ELM VƏ TƏHSİL
Kimya-biologiya təmayüllü liseyin səkkiz məzunu qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb
Bakı, 15 sentyabr, AZƏRTAC
Kimya-biologiya təmayüllü respublika liseyində Bilik günü münasibətilə tədbir olub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyasının bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib, təhsilin inkişafı istiqamətində görülən işlərin müsbət nəticələrindən danışıb.
C.Bayramov şagirdlərin respublika fənn olimpiadalarında, eləcə də dünyanın müxtəlif ölkələrində keçirilən bilik yarışlarında qazandıqları uğurları diqqətə çatdırıb.
Liseyin direktoru Kamran Rəhimov rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti haqqında məlumat verib. Qeyd olunub ki, ötən tədris ilində liseyin məzunlarının 87 faizi ali məktəblərə qəbul olunaraq tələbə adını qazanıb. Həmin məzunlardan səkkizi qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb.
Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi Babək Əliyev son illərdə məktəblərin əsaslı təmiri və yenidən qurulması, onların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində reallaşdırılan tədbirlərdən söz açıb.