ELM VƏ TƏHSİL


Kimya, biologiya və informatika fənləri üzrə fənn olimpiadalarının final turu keçirilib

Bakı, 4 iyun, AZƏRTAC

İyunun 4-də kimya, biologiya və informatika fənləri üzrə fənn olimpiadalarının respublika mərhələsinin final turu keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Fizika, riyaziyyat və informatika təmayüllü liseydə kimya və biologiya fənləri üzrə, ADA Universitetində isə informatika fənni üzrə final turu baş tutub.

Final turunda müvafiq olaraq kimya fənni üzrə 75, biologiya fənni üzrə 73, informatika fənni üzrə isə 77 şagird iştirak edib.

İnformatika fənni üzrə final turunda iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov olimpiadanın şagirdlərə sağlam rəqabət prinsipləri əsasında bilik və bacarıqlarını nümayiş etdirmələri üçün imkan yaratdığını xatırladıb və iştirakçılara uğurlar arzulayıb.

Respublika fənn olimpiadalarının final turunun nəticələri yoxlama və münsiflər heyətinin iştirakı ilə yazı işlərinə baxış prosesindən sonra elan olunacaq.

Qeyd edək ki, respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.