ELM VƏ TƏHSİL


Kimya fənni üzrə elmi-metodik seminar təşkil olunub

Bakı, 8 yanvar, AZƏRTAC

Yanvarın 8-də Dövlət İmtahan Mərkəzində (DİM) kimya fənni üzrə elmi-metodik seminar keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, seminarda gündəlik məsələ 7-ci sinif “Kimya” dərsliyinin monitorinqinə aid olub. Tədbirdə Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.

Seminarda Bakı Dövlət Universitetinin müəllimi, kimya üzrə fəlsəfə doktoru Sahil Həmidov dərsliyin məzmunu haqqında təqdimatla çıxış edib. AMEA-nın böyük elmi işçiləri, kimya üzrə fəlsəfə doktorları Səidə Hüseynova və Elşad Abdullayev, Bakı şəhəri 286 nömrəli tam orta məktəbin müəllimi, Əməkdar müəllim Naibə Ələkbərova və başqaları dərsliyin məzmunu, dil və yazı üslubu, faktların elmiliyi haqqında qeyd və təkliflərini bildiriblər.

Müzakirə nəticəsində dərslikdəki mübahisəli məqamlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyə hazırlanması və yeni tapşırıqların tərtibində tövsiyənin nəzərə alınması haqqında qərar qəbul olunub.

Növbəti seminarda (yanvarın 15-i, saat 10:30; Abdulvahab Salamzadə küçəsi 28 ünvanı, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 8-ci sinif “Kimya” dərsliyinin müzakirəsi aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.