ELM VƏ TƏHSİL


Kimya fənni üzrə qiymətləndirmə tapşırıqları müzakirə olunub

Bakı, 17 may, AZƏRTAC

Mayın 17-də Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə işçi qrupun növbəti iclası keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, iclasda respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 11 ci sinif “Kimya” dərsliyi əsasında hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitabçası dərsliklə müqayisəli təhlil olunub.

İclasda işçi qrupun üzvləri ilə yanaşı, Mərkəzlə ekspert kimi əməkdaşlıq üçün elektron qeydiyyatdan keçmiş şəxslər də iştirak ediblər.

Müzakirə edilən məsələlərlə bağlı iştirakçılar tərəfindən fikir bildirilib və təkliflər söylənilib. Qeyd edilmiş təkliflər kitabçaların təkmilləşdirilməsində nəzərə alınıb.

Növbəti iclaslarda müzakirə davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.