ELM VƏ TƏHSİL
Kimya fənni üzrə qyimətləndirmə tapşırıqları müzakirə edilib
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə işçi qrupun növbəti iclası keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, iclasda respublikanın ümumtəhsil müəssisələrində istifadəyə veriləcək (elektron versiyalar Təhsil Nazirliyinin https://www.trims.edu.az/site/index.php portalında yerləşdirilib) 10-cu sinif dərsliyi ilə həmin sinif üçün dərsliyin əvvəlki nəşri əsasında hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitabçası müqayisəli təhlil edilib. Müzakirə edilən məsələ ilə bağlı iştirakçılar tərəfindən fikir bildirilib və təkliflər söylənilib. Qeyd edilmiş təkliflər kitabçanın təkmilləşdirilməsində nəzərə alınıb.
Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.