ELM VƏ TƏHSİL


Kimya fənni üzrə test bankının təkmilləşdirilməsi məsələsi müzakirə edilib

Kimya fənni üzrə test bankının təkmilləşdirilməsi məsələsi müzakirə edilib

Bakı, 7 fevral, AZƏRTAC

Fevralın 7-də Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə işçi qrupunun iclası keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, öncə Türkiyə Respublikasında baş vermiş dəhşətli zəlzələ nəticəsində həyatını itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclasda kimya fənnindən qəbul imtahanlarında test bankının təkmilləşdirilməsi və sual kitabçalarının formalaşdırılması üçün nəzərdə tutulan xidməti kitabça müzakirə edilib, təkliflər verilib.

İşçi qrupunun növbəti iclası fevralın 14-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.