ELM VƏ TƏHSİL


“Kimya problemləri” jurnalının Rusiya Elmi İstinadların İndeksləşməsi bazasında impakt faktoru yüksəlib

Bakı, 17 sentyabr, AZƏRTAC

Rusiya Elmi İstinadların İndeksləşməsi (RSCI) bazası 2019-cu il üçün jurnalların impakt faktorunu və 40-dan çox parametr üzrə hər bir nəşrin bibliometrik nəticələrini elan edib. Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Kimya problemləri” (“Chemical problems”) jurnalı 77-ci yerdən 47-ci yerə irəliləyib. Bununla da, jurnalın impakt faktoru yüksəlib.

Bu barədə AZƏRTAC-a Kataliz və Qeyri-üzvi Kimya İnstitutundan məlumat verilib. Bildirilib ki, “Kimya problemləri” jurnalı 2015-ci ildən RSCI bazasına daxil olub və 2017-ci ildən orada indeksləşdirilir. 2018-ci ildən isə RSCI-nin nüvəsinə daxil edilib.

2020-ci ildə “Kimya problemləri” jurnalı RSCI analiz parametrləri üzrə əhəmiyyətli dərəcədə müsbətə doğru irəliləyib. Jurnal dövri nəşrlərin beynəlxalq qeydiyyatından keçib, bir çox nüfuzlu biblioqrafik, referativ bazalarda, repozitariyalarda və axtarış sistemlərində yerləşdirilib.

Redaksiya heyətinə tanınmış yerli və xarici alimlər daxildir. “Kimya problemləri” jurnalı “Web of Science” bazasına da daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.