İQTİSADİYYAT


Kimya sənayesində məhsul buraxılışı artıb

Bakı, 18 fevral, AZƏRTAC

Yanvar ayında kimya sənayesində məhsul buraxılışı artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ay ərzində kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 117,3 milyon manatlıq məhsul istehsal edilib.

Əvvəlki ilin müvafiq ayı ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 10,4 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalında 97 faiz, kimya sənayesində isə 14,3 faiz artıb.

Rezin və plastik kütlə məmulatlarından plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlərin istehsalı 7,6 dəfə, bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı 86,5 faiz çoxalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.