ELM VƏ TƏHSİL
Kimya üzrə fənn olimpiadalarının final turu keçirilib
Bakı, 18 may, AZƏRTAC
Mayın 18-də kimya üzrə respublika fənn olimpiadalarının final turu keçirilib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, final turunda 100-dən çox şagird iştirak edib. Şagirdlərə açıq tipli tapşırıqlar və 4 saat yarım vaxt verilib. Yoxlama və yazı işlərinə baxış prosesindən sonra nəticələr olimpiada.edu.az saytında elan ediləcək.
Olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.
Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilir.