Kimyaçı alimin beynəlxalq jurnaldakı fəaliyyəti sertifikata layiq görülüb
AzerTAg.az
Bakı, 18 fevral, AZƏRTAC
Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, dosent Əfsun Sucayevin beynəlxalq jurnaldakı (“Journal of Heterocyclic Chemistry”) rəyçilik fəaliyyəti sertifikata layiq görülüb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, Əfsun Sucayev bu jurnalla 2019-cu ildən əməkdaşlıq edir, əsasən müxtəlif yeni heterotsiklik birləşmələrin sintezi və onların quruluşunun, həmçinin fizioloji fəallığının tədqiqi ilə bağlı məqalələri dəyərləndirir.
Qeyd edək ki, dünyanın nüfuzlu nəşriyyatlarından biri sayılan “Wiley”in nəşri olan “Journal of Heterocyclic Chemistry” “Web of Science” bazasına daxildir. Jurnalın hər bir nömrəsində heterosiklik kimyanın bütün aspektləri, xüsusən də müxtəlif heterosiklik birləşmələrin sintezi üçün səmərəli sintetik metodologiyaların və strategiyaların inkişafı və tətbiqi ilə bağlı tədqiqatların əsas və mühüm nəticələri yayımlanır.

Xəbərin mətnində orfoqrafik səhv var