ELM VƏ TƏHSİL


Kimyaçı alimin elmi məsləhətçisi olduğu layihə medala layiq görülüb

Bakı, 29 noyabr, AZƏRTAC

Türkiyənin İzmir şəhərində “BUCA IMSEF-2021” Beynəlxalq Elm Müsabiqəsinin qalibləri onlayn mükafatlandırılıb.

Aşqarlar Kimyası İnstitutundan AZƏRTAC-a bildirilib ki, dünyanın 27 ölkəsindən 167 layihənin seçildiyi final mərhələsinə vəsiqə qazanan müsabiqədə elmi müəssisənin icraçı direktoru kimya elmləri doktoru, dosent Əfsun Sucayevin elmi məsləhətçisi olduğu və dəstək verdiyi layihə bürünc medala layiq görülüb. Layihəni Mingəçevir şəhəri Təbiət-riyaziyyat Humanitar elmlər təmayüllü liseyin şagirdi Rəsul Həsənli və Səməd Vurğun adına 16 nömrəli tam orta məktəbin şagirdi Taleh Musayev kimya fənni üzrə hazırlayıb.

“BUCA IMSEF” müsabiqəsinin əsas məqsədi orta məktəb şagirdlərini elmi və texnoloji tədqiqatlara həvəsləndirməkdir. Eyni zamanda, ekologiya, sağlamlıq, enerji, texnologiya ilə bağlı problematik mövzularda milli və beynəlxalq səviyyədə elmi araşdırmalar aparmaq və layihələr hazırlayıb təqdim etməklə həll yolu tapan, öyrəndiyi bilikləri tətbiq edə bilən istedadlı gənc mütəxəssislərin məktəb yaşlarından hazırlanmasına dəstək olmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.