ELM VƏ TƏHSİL


Kimyaçı alimlərimiz beynəlxalq konfransda elmi tədqiqatlarının nəticələrindən danışıblar

Bakı, 19 noyabr, AZƏRTAC

Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, dosent Əfsun Sucayev və Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri və Bakı Mühəndislik Universitetinin kafedra müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Yusif Abdullayev Almaniyada onlayn rejimdə keçirilən “5-ci Yaşıl və Davamlı Kimya Konfransına” qatılıblar.

Aşqarlar Kimyası İnstitutundan AZƏRTAC-a bildirilib ki, kimyaçı alimlər konfransda “Neft-kimya sənayesində tətbiq oluna bilən yüksək keyfiyyətli üzvi reagentlərin alınması üçün zərif-üzvi sintez üsullarının kompüter tədqiqi” layihəsi çərçivəsində yerinə yetirdikləri elmi tədqiqatların nəticələrindən bəhs ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.