ELM VƏ TƏHSİL


Kimyaçı alimlərin 75 məqaləsi beynəlxalq bazalarda referatlaşan jurnallarda dərc olunub

Bakı, 26 noyabr, AZƏRTAC

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasında 2020-ci il üzrə şöbə və laboratoriyaların elmi və elmi-təşkilati yekunlarına həsr olunan hesabatları dinlənilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda müəssisənin direktoru, akademik Dilqəm Tağıyev koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejiminə baxmayaraq, institut əməkdaşlarının fəaliyyətinin bu il qənaətbəxş olduğunu qeyd edib. O vurğulayıb ki, 2020-ci ilin 11 ayı ərzində müəssisə alimlərinin 90-dan çox məqaləsi beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə, o cümlədən 75-i “Web of Science” (65) və “Scopus” (10) bazalarında işıq üzü görüb.

Hesabat ilində 7 monoqrafiyanın nəşr olunduğunu deyən akademik diqqətə çatdırıb ki, cari ildə müəssisə üzrə 7 mühüm elmi nəticə əldə edilib və tezliklə AMEA-nın Kimya Elmləri Bölməsinə təqdim olunacaq. D.Tağıyev rəhbərlik etdiyi qurumun alimlərinin apardıqları elmi tədqiqatların nəticələrinə aid məqalələrə cari ildə 800-dən çox istinad olunduğunu, həmçinin institutun elmi işçilərinin 11 patent aldığını söyləyib.

Sonra laboratoriya və şöbə müdirlərinin hesabat məruzələri dinlənilib, müzakirələr aparılıb. Akademik Dilqəm Tağıyev hesabatlar ətrafında təklif və tövsiyələrini verərək bildirib ki, növbəti illərdə fundamental işlərlə yanaşı, tətbiqi xarakterli elmi-tədqiqat işlərinə də üstünlük verilməli, kadr hazırlığına ciddi diqqət yetirilməli, doktorant və dissertantların mövzuları perspektivli sahələri əhatə etməlidir.

Dinlənilən hesabatlar qənaətbəxş hesab olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.