ELM VƏ TƏHSİL
Kimyaçı alimlərin tədqiqatlarından bəhs edən məqalə nüfuzlu xarici jurnalda dərc olunub
Bakı, 24 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) baş direktoru akademik Vaqif Fərzəliyev, laboratoriya müdiri dosent Elmira Nağıyeva, elmi işçi Xədicə Məmmədyarova və digər əməkdaşların həmmüəllifi olduqları məqalə impakt faktorlu “İran kimya və kimya mühəndisliyi” jurnalında dərc edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalə motor yağları üçün modifikasiya olunmuş alkilfenolyat aşqarların yaradılmasından bəhs edir. Tədqiqatlar nəticəsində məlum olub ki, yeni aşqarlar “Shell” firmasının analoqu ilə eyni səviyyədədir.
Xatırladaq ki, dünyada tanınan “İran kimya və kimya mühəndisliyi” jurnalı “Web of Science” və “Scopus” beynəlxalq elmi bazalarına daxildir.