ELM VƏ TƏHSİL


Kimyəvi elementlərin dövri qanununun kəşfinin 150 illiyinə həsr olunan konfrans keçirilib

Bakı, 11 fevral, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) və Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Dmitri Mendeleyevin kimyəvi elementlərin dövri qanununun kəşfinin 150 illiyinə həsr olunan konfrans keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə akademik Zərifə Əliyeva adına liseyin, Bakı şəhər 27, 91, 134, 160, 239 və 272 nömrəli məktəblərin müəllim və şagirdləri iştirak ediblər.

Konfransı NKPİ-nin direktoru, akademik Vaqif Abbasov açaraq görkəmli rus alimi D.Mendeleyevin 150 il bundan əvvəl yaratdığı Elementlərin Dövri Cədvəlinin rolu barədə məruzə ilə çıxış edib. O, məşhur azərbaycanlı kimyaçı Abbas Çayxorskinin Elementlərin Dövri Cədvəlinin 5 kvant ədədinə əsaslanan yeni, tamamlanmış nümunəsi haqqında geniş izahat verib.

Sonra müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Nərminə Abdullayeva D.Mendeleyevin Bakıdakı fəaliyyəti haqqında danışıb.

Sonda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinın əməkdaşı, Azərbaycanda rus icması sədrinin müavini Lyubov Yakunina çıxış edərək bu cür konfransların keçirilməsinin və əməkdaşlığın vacibliyini vurğulayıb, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.