MƏDƏNİYYƏT


Kino Gününə həsr edilmiş fotostend nümayiş olunub

Bakı, 2 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı filialında “Azərbaycan kinosu – 120” adlı fotostend nümayiş olunub.

İdarədən AZƏRTAC-a bildirilib ki, fotostenddə milli kino salnaməsinin bir-birindən maraqlı, yaddaqalan, eyni zamanda, rejissor peşəkarlığı, aktyor sənətkarlığı ilə fərqlənən ekran əsərləri öz əksini tapıb.

Tədbirdə çıxış edənlər vurğulayıblar ki, Azərbaycan kinosu yaranmasının 120 illiyini qeyd edir. Azərbaycan kinosunun 120 illiyi ölkə başçısının müvafiq Sərəncamına əsasən ölkəmizin hər yerində silsilə tədbirlər keçirilir. Bildirilib ki, 120-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.

Azərbaycan kinosu böyük tarixə malikdir. Bu illər ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə aid filmlər çəkilib.

Sonda oxucular Azərbaycan kinosu haqqında fotostendlə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.