Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Kino işinin təşkili və inkişafında gənclərin roluna həsr olunan görüş

Bakı, 12 sentyabr, AZƏRTAC

Nizami Kino Mərkəzində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin gənc kinematoqrafçılarla görüşü keçirilib. Görüş ölkəmizdə kino işinin təşkili və inkişaf etdirilməsində gənclərin roluna həsr olunub.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Ədalət Vəliyev ölkəmizdə kino sənayesinin inkişafı istiqamətində son on ildə görülən işlər, əldə olunan nailiyyətlər haqqında məlumat verib. Bildirib ki, ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki mərhələsində mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara diqqət və qayğı ilə yanaşıb. Bu gün Prezident İlham Əliyev Ulu Öndərin bu siyasətini layiqincə davam etdirir: “Bilirsiniz ki, 90-cı illər son dərəcə çətin bir dönəm idi. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə ölkədə milli və xarici filmlərin daimi qorunub saxlanılması üçün vacib olan Azərbaycan Dövlət Film Fondu yaradıldı. Prezident İlham Əliyevin Sərəncamı ilə 2008-ci ildə Dövlət Film Fondu üçün yeni binanın tikintisinə başlanıldı və 2009-cu ildə bina istifadəyə verildi. Sovetlər birliyi dağıldıqdan sonra dövlət kino siyasətinin “Azərkinovideo” İctimai Birliyi (İB) tərəfindən həyata keçirildiyi 1990-cı illərdə kino sənayesi tənəzzül dövrünü yaşayırdı. O zamanlar film istehsalı üçün dövlət büdcəsindən maliyyə ayrılmırdı. 2001-ci ildə Prezident Heydər Əliyevin Sərəncamı ilə “Azərkinovideo” İB ləğv edilərək kino sahəsində dövlət idarəetmə funksiyası Mədəniyyət Nazirliyinə verildi. Əgər 2001-ci ildə kinonun illik büdcəsi 250 min manat idisə, 2003-cü ildə bu rəqəm 0,6 milyon manat, Mədəniyyət və Turizm Nazirliyi təşkil olunduğu 2006-cı ildə 3,3 milyon, 2016-cı ildə isə 5,9 milyon manat olmuşdu. Bu gün respublikamızda 1 dövlət, 12 özəl kinoteatr fəaliyyət göstərir. Siz gənclər kinonun tamaşaçıya düzgün çatdırılmasında, kino zövqünün formalaşdırılmasında yaxından iştirak edərək həm də təcrübə qazanmalısınız. Hazırda Azərbaycan Prodüserlər Gildiyası, Kinorejissorlar Gildiyası və Kinoaktyorlar Gildiyası fəaliyyətdədir. Təşkilatların, gildiyaların yaradılmasında məqsəd sənətçiləri bir mərkəzdə birləşdirmək, onların yaradıcılıq potensiallarının üzə çıxarılmasına köməklik göstərməkdir. Bu təşkilatlarda gənclər də yaxından iştirak etməli, müzakirələr və diskussiyalar, yaradıcılıq görüşlərində yaxından iştirak etməlidirlər”.

Son illərdə kino sahəsində qazanılan uğurları təhlil edən nazir müavini işdə yol verilən qüsurlara da toxunub. Kino qurumlarının hazırkı fəaliyyəti və görəcəkləri işlərlə bağlı qarşıya qoyulan məqsədlər diqqətə çatdırılıb.

Qeyd olunub ki, dövlət başçısının 2008-ci il 4 avqust tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” Azərbaycan kino sənətinin inkişafında yeni bir mərhələnin başlanması ilə nəticələnib.

Ədalət Vəliyev Azərbaycan kinosunun inkişafı və təbliğində Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən də söz açıb: “Heydər Əliyev Fondu mədəniyyətin digər sahələri ilə yanaşı, milli kinonun inkişaf etdirilməsi istiqamətində də uğurlu fəaliyyətini illərdir ki, davam etdirir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü və himayəsi ilə 2011-2016-cı illərdə dünyanın ən nüfuzlu kino festivalı olan Kann Film Festivalında ölkəmizi təmsil edən xüsusi pavilyon fəaliyyət göstərib”.

Vurğulanıb ki, son illərdə kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 44 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 208 sənədli, 22 cizgi filmi və “Mozalan” satirik kinojurnalının 18 buraxılışı çəkilib. O cümlədən, dövlət sifarişi ilə Azərbaycan kinosunun aparıcı mövzularından olan Qarabağ müharibəsinə 9 bədii, 85 sənədli film həsr olunub, 2013-2016-cı illərdə “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən 75 sənədli film ərsəyə gətirilib. Eyni zamanda, Bakı şəhərində üç dəfə Beynəlxalq Turizm Filmləri Festivalı, iki dəfə Beynəlxalq İdman Filmləri Festivalı təşkil edilib. Birinci Bakı Turizm Filmləri Festivalına dünyanın 38 ölkəsindən 215, ikinciyə 55 ölkədən 405, üçüncüyə isə 71 ölkədən 420 film təqdim olunmuşdu. Birinci Bakı İdman Filmləri Festivalına 19 ölkənin 50, ikinciyə 33 ölkədən 115 film təqdim edilmişdi. Bakı Turizm Filmləri Festivalı Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT), Bakı İdman Filmləri Festivalı isə İdman Kino və Televiziya Filmləri Beynəlxalq Federasiyasının (FİCTS) üzvüdür.

Azərbaycanın mədəniyyətini, tarixini, adət-ənənələrini, turizm potensialını, ölkəmizin müasir inkişafının uğur konsepsiyasını əks etdirən bədii və sənədli filmlərin nümayişi məqsədilə Rusiya, İtaliya, Fransa, Türkiyə, İran, Macarıstan, Gürcüstan, Braziliya, İngiltərə, Koreya, Özbəkistan və Tacikistanda Azərbaycan Kinosu Günləri keçirilib.

Ədalət Vəliyev diqqətə çatdırıb ki, gələn il milli kinomuzun 120 yaşı tamam olur. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu əlamətdar hadisəyə hazırlıq olaraq kinonun inkişafı və təbliğatı məqsədilə bir sıra mühüm qərarlar qəbul edilib. Nazir Əbülfəs Qarayev bununla bağlı müvafiq əmr imzalayıb və artıq bu əmrdən irəli gələn məsələlərin icrasına başlanılıb: “Nazirin əmrinə əsasən, 15 sentyabr tarixində ölkəmizdə kino mövsümü başlayacaq. Bakıda və ölkənin bütün rayonlarındakı Heydər Əliyev mərkəzlərində, mədəniyyət müəssisələrində müntəzəm şəkildə filmlər nümayiş olunacaq. Bu məqsədlə artıq 242 müəssisə mövsümün açılışına hazırdır. Həmçinin özəl kinoteatrların gündəlik repertuarlarında da Azərbaycan filmləri üçün seansların ayrılması nəzərdə tutulub. Milli filmlərin hərbi hissələrdə, hərbi məktəblərdə, eləcə də təhsil və islah-əmək müəssisələrində mütəmadi nümayiş olunması nəzərdə tutulub. Bunun üçün müvafiq nazirliklər və dövlət strukturları ilə işgüzar əlaqələr yaradılıb. Eyni zamanda, nazirliyin veb-saytında və dövri nəşrlərində kino fəaliyyətinin təbliği ilə bağlı işlər genişləndiriləcək. Yaxın günlərdə biz KİV nümayəndələrinin iştirakı ilə milli kinonun təbliği məsələlərinə həsr olunmuş “dəyirmi masa”nın da keçirilməsini planlaşdırırıq. Bütün bunların müsbət nəticə verəcəyinə, kinoya tamaşaçı marağını artıracağına inanıram”.

Nazir müavini bu sahədə həyata keçiriləcək işlərdə gənc kino işçilərinin də yaxından iştirakının vacib olduğunu bildirib: “İnanıram ki, siz gənclər Azərbaycan kinosunun təəssübkeşi kimi öz bacarığınızı bir araya gətirərək bu sahənin inkişafına öz töhfələrinizi verəcəksiniz. Bu günə kimi kino sahəsində gənclər üçün hər cür şərait yaradılıb. Milli kinoya gənc mütəxəssislərin cəlb olunması zərurətini nəzərə alaraq müxtəlif səpkili və formalı müsabiqələr təşkil olunub. “Bu meydan, bu ekran” müsabiqələrinə gənc rejissorlar və prodüserlər tərəfindən yüzlərlə kino layihəsi təqdim olunub. Qalib layihələrdən müstəqil prodüser mərkəzlərində nazirliyin dəstəyi ilə 23 qısametrajlı film çəkilib. Biz bu il Azərbaycan həyatını əks etdirən qısametrajlı filmlər üçün növbəti ssenari müsabiqəsi elan edəcəyik”.

Qeyd olunub ki, dünyanın müxtəlif ölkələrində yaşayan kino təhsilli azərbaycanlı gənclər “Azərbaycanfilm” kinostudiyasına dəvət edilib. Son illər ərzində on gənc kinematoqrafiya üzrə təhsil almaq üçün nazirlik tərəfindən Rusiya, Türkiyə, Kanada və İngiltərəyə göndərilib: “Biz istərdik ki, kinonun özəl sektorunda çalışan gənclər filmlərin təbliğində və ümumilikdə Azərbaycan kinosunun inkişafında yaxından iştirak etsinlər”.

Görüşdə gənc kino işçilərini maraqlandıran sualları cavablandıran nazir müavini diqqətə çatdırıb ki, gənclər kinonun inkişafı və təbliği ilə bütün təkliflərini nazirliyin müvafiq qurumuna təqdim edə bilərlər. Uyğun təkliflər nəzərə alınaraq müzakirəyə çıxarılacaq. Gənclərin təqdim etdikləri ssenarilər, kino layihələri mütəmadi olaraq mətbuatda işıqlandırılacaq.

Sonda nazir müavini gənc kinematoqrafçılara kinoya göstərdikləri xidmət yolunda uğurlar arzulayıb.

Tədbirdə, həmçinin Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq Artisti Şəfiqə Məmmədova, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov çıxış edərək gənc kinematoqrafçıları maraqlandıran sualları cavablandırıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır